WOW
WOW

“Çox istəyərdim ki, fəxri adım olsun”

“Çox istəyərdim ki, fəxri adım olsun”

Müğənni Zamiq Hüseynov növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, ifaçı fəxri adının olmasını çox istədiyini deyib. Bu barədə o, “10-da görüşək” verilişində söz açıb.

“Hərdən deyirlər ki, sizin fəxri adınız var? Bəziləri elə bilir ki, var. Çox istəyərdim ki, fəxri adım olsun. Amma mən gileylənmirəm ki, niyə yoxdur. Vaxtı gələndə hər şey olacaq. Bu istəkdir. Mən inanmıram ki, mən buna layiq deyiləm. Ətrafımda mənlə yaşıd olan çox dostlarım var ki, onlarda var. Halal xoşları olsun. Olmaması məni narahat etmir, amma istəyərdim”, - deyə, o, söyləyib.

Aparıcı Samir Bayramlının “Hələ nə yaşın var ki” ifadəsindən sonra Hüseynov “Yenə də gileylənmirəm, amma 40 yaşım var, az deyil” deyib.