WOW
WOW

Röya Ayxan hadisə yerində yaşadıqlarından danışdı

Röya Ayxan hadisə yerində yaşadıqlarından danışdı

Xalq artisti Röya Ayxan baş verən hadisə ilə bağlı danışıb.

OLAY yazır ki, estrada ulduzu Baku TV-yə canlı bağlantı ilə qoşularaq bu açıqlamanı verib:

“İki zalın ikisinində də konsert var imiş. Mən öz konsertimi bilirdim. Terror yan zalda baş verib. Bircə onu bilirəm ki, tam xalatı üstümə atırdılar, işıqlar söndü. Dedilər ki, içəriyə hücum var, ölüm var, çölə çıxmayın. On-on beş dəqiqə otaqda donub qaldım. Birinci elə bildim ki, mənimlə zarafat edirlər, nəsə şou yaradırlar. Ən pisi otaqlar qaranlıq olanda, yanğın başlayanda, biz oradan çıxarılanda idi... Küçədə bir dənə taksi tapmaq olmurdu. Mən qucağıma anasından bir uşağı aldım ki, özümlə aparım. O da çox ağladı, sonra qaytardıq. Çox qorxulu bir şey yaşadıq. İnşallah sağ-salamat ölkəmizə qayıdarıq. Biz də baş sağlığı veririk. Mən silah səslərini eşitmədim. Çünki bizim zalda mahnılar səslənirdi, məşq gedirdi. Haradasa 15-20 dəqiqə ərzində oradan çıxarıldıq. Hər kəs çıxdı, sonra bizi çıxardılar, maşında 20 dəqiqə saxladılar. Çünki yollar bağlı idi. Sonra biz başqa yollarla çıxdıq. Yanımda Cin (Ceyhun Zeynalov) var idi, biz səhnəyə birgə çıxmalı idik. Media nümayəndələri, musiqiçilər yanımda idi. Bilmirəm ki, həyəcandan nə deyim? Hər kəs bizimlə maraqlandı, təşəkkür edirəm. Yaxşıyıq, oteldəyik. Burada da çəkiliş getdiyi üçün, müsahibəni dayandırmalıyıq. İcazə yoxdur.Maraqlandığınız üçün təşəkkür edirəm”.