İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb.
OLAY yazır ki, bloger bu barədə sosial media hesabında paylaşıb.
İzləyicilərindən biri Quliyevaya instaqramda bu müraciəti edib: “Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar da o tətbiqə qoşulub qazana bilər mi?”.
Aynişan bu mesaja “Adımla yalan məlumatlar yayılır. İnsanları aldadırlar. Bezdim mən” cavabını verib. O, paylaşımına @polisazerbaycan hesabını etiketləyərək buna bir çarə tapılmasını xahiş edib.