WOW
WOW

Ariana hansı şərtlərlə boşanır?

Ariana hansı şərtlərlə boşanır?

Dünyaca məşhur müğənni Ariana Qrande və Dalton Qomezin boşanma işləri başa çatıb.

OLAY yazır ki, onlar arasında bağlanan müqavilənin şərtləri ortaya çıxıb.

Belə ki, Ariana Daltona 1.25 milyon dollar (2 milyon 125 min manat) birdəfəlik məbləğ ödəyəcək. Cütlüyün Los Ancelesdəki evlərinin satışından qazanılan məbləğ onlar arasında yarıya bölünəcək.

Əlavə olaraq, Ariana qarşı tərəfin 25 min dollar (42 min manat) vəkil xərclərini də qarşılayacaq.

Qeyd edək ki, Qrande hazırda Etan Sletir ilə eşq yaşayır. Onların münasibəti başlayanda ikisi də evli idi.