WOW
WOW

“O, hər zaman sevdiyim insan olub”

“O, hər zaman sevdiyim insan olub”

Xalq artisti Röya Ayxan həmkarı Flora Kərimovanı evində ziyarət etməsindən danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Balkanla gecə turu”nda açıqlama verib:

“Mən heç kimlə barışmamışam. Münasibətim çox gözəl idi. Sadəcə sizin bundan xəbəriniz yox idi. 8 Mart – Beynəlxalq Qadınlar Günündə evinə gedib onun bayramını təbrik etdim. Bu, barışıq deyil! Bilirəm, Flora xanımdan söhbət gedir. Bilirəm. Flora xanımı harada görmüşəmsə, salamlaşmışam, öpmüşəm, qucaqlamışam və bayramını təbrik etmişəm. Bu mənim ürəyimdən keçdi, etdim. Valideynlərim və əzizlərim Bakıda olmadığına görə onların yerinə Flora xanımı seçdim. Hamının adından onu təbrik etdim. Əsla belə düşünməyin ki, danışmırdılar və barışdılar. Xeyr! O mənim hər zaman sevdiyim insan olub. Sadəcə aramızda anlaşılmazlıqlar olmuşdu. Bu da olan şeydir”.