WOW
WOW

Yaşam kouçlarını ələ saldı

Yaşam kouçlarını ələ saldı

Müğənni Elvin Mirzəzadə instaqramda bəzi yaşam kouçları ilə bağlı paylaşım edib.

OLAY yazır ki, video yerləşdirən sənətçi onları ələ salaraq bunları söyləyib:

“İnsan dünyaya bir dəfə gəlir, dostum. Ona görə həyatını doya-doya yaşa. Heç kimə fikir vermə, komplekslərdən kənar ol. İstədiyini et. Çünki bu həyat yalnız sənindir. Heç kim sənin yerinə qərar verə bilməz. Sabah acından ölsən, qıraqda danışan 1 manat verməyəcək ki, qarnına yemək al. Get, rədd ol, işinlə məşğul ol. Sən kimsən camaata məsləhət verirsən?”.

Elvin videoya “Ən böyük uğuru “Milliön”ə cırıq manatı soxmaq olan sosial yaşam kouçu video paylaşıb” şərhini yazıb.