WOW
WOW

“Aramızda heç bir sevgiliyə görə dava olmayıb”

“Aramızda heç bir sevgiliyə görə dava olmayıb”

Əməkdar artist Elza Seyidcahan keçmiş duet ortağı, mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan küsülülüklərindən danışıb.

OLAY yazır ki, sənətçi “Həftənin qonağı” verilişində İlhamə Quliyevanın onu qısqandığını deyib. O, aparıcı Ülvira Qarayevanın “Mən belə eşitmişəm ki, İlhamə xanımla münasibətləriniz şəxsi zəmində pozulub. Deyirlər ki, ondan xoşu gələn birinin sizdən də xoşu gəlib, paylaşa bilməmisiniz” ifadələrinə aydınlıq gətirib.

“Qətiyyən. Heç bir sevgiliyə görə dava olmayıb. Mən çox gənc idim, hara gedirdim, məni nəinki əks cinsdən, hətta qadınlar belə çox sevirdi. İstər-istəməz qısqanclıq yaranırdı. İlhamə xanım sevirdi ki, onu hamı sevsin. Tək məni yox, ola bilsin məni sevənləri. Mənim bəstəkarlığım, müğənniliyim, həm ana, həm nənə, həm yaxşı övlad, şairə, gözəlliyim, gözəl xasiyyətim. Bunlar onda yox idi. O bir dənə müğənni idi. Sağlığında üzünə də demişəm bu sözləri”, - deyə, o, bildirib.