WOW
WOW

Rəşad Məciddən həmin səhnəyə sərt reaksiya

Rəşad Məciddən həmin səhnəyə sərt reaksiya

Mətbuat Şurasının sədri Rəşad Məcid “Gündəlik” serialındakı qalmaqallı səhnəyə reaksiya verib.

OLAY yazır ki, bununla bağlı o, sosial şəbəkə hesabında bu sözləri qeyd edib:

“Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu”.

R. Məcid qeyd edib ki, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir:

“Bu sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi, durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir. Yayılmış videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafiəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır”.