WOW
WOW

“Baxmasanız, veriliş ömrünü tapşıracaq”

“Baxmasanız, veriliş ömrünü tapşıracaq”

Aparıcı Elgiz Əkbər proqramı ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.

OLAY yazır ki, o, “Elgizlə izlə” verilişində bu fikirləri səsləndirib:

“Hansı verilişin həyatda qalmasını istəyirsinizsə, ona baxın. Baxmasanız, veriliş ömrünü tapşıracaq. Allah eləməsin insan onu istəyənlərin gözündən düşsün. Burada kartları açıq şəkildə deyirəm. Verilişin ömrünü uzadan, qısaldan tamaşaçıdır. Hansı verilişi istəmirsinizsə, baxmayın. Biz də görəcəyik baxan yoxdur, bağlayacağıq. Əvvəl bilinmirdi kim hansı verilişə baxır? İndi amma müəyyən şirkətlər, sosial şəbəkələr bunu göstərir. Biz də çalışırıq verilişimiz vasitəsi ilə bilmədiyiniz nüanslarla tanış olasınız. Hərə bir dərs götürür. Mən də bu verilişdən dərs almışam”.