Müğənni Aysun İsmayılova ana olacaq.
OLAY yazır ki, bu barədə “Tarixin bir günü” proqramında məlumat verilib. Aparıcı Tarix Əliyev telefon xəttində olan Rəqsanə İsmayılovaya “6-7 ay sonra nənə olacaqsınız. Düzdürmü” deyə sual ünvanlayıb.
İsmayılova cavab kimi “Bu qıza dedim ki, məni qocaltma. Amma çox gözəl hissdir”, - deyə bildirib.
Qeyd edək ki, Aysun bir neçə ay öncə vəkil Ramil Vəliyevlə ailə qurub.