WOW
WOW

“Yenilər özlərini sözünü demişlərə oxşadırlar”

“Yenilər özlərini sözünü demişlərə oxşadırlar”

Aparıcı Afaq Gəncəli şou-biznesin bugünkü vəziyyətindən danışıb.

OLAY yazır ki, o, “Söhbət var” verilişində aparıcı Dilarə Əliyevanın “Səncə, o maqazinlər, o pıçhapıçlar, o dedi-qodular olmasaydı bu gün şou-biznes inkişaf edərdi” sualını cavablandırıb.

“O pıçhapıçlar, o qalmaqallar olmasaydı, əlbəttə ki, şou-biznes inkişaf etməzdi. İndi onsuz da durğunluqdur. Əlçatmazlar onsuz da əlçatmazdır. Amma dəyirman fırlanır axı. Yenilər də gəlir. Mənim hər zaman dediyim bir kəlmə var ki, yenilər gələndə özlərini tam sözünü demiş, səhnədə külüng vuranlara oxşadırlar. “O qalmaqal yaratmırsa, mən də etmirəm”. Sən bir onun keçmişinə, etdiklərinə bax. İndi yoxdur deyə, mənə maraqsızdır”, - deyə, Gəncəli bildirib.