“Kirli Sepeti” serialında Medine obrazını canlandıran aktrisa Cansu Tosun atası Kenan Tosunla barışıb.
OLAY yazır ki, onun atası aktrisa Serenay Sarıkayanın anası ilə eşq yaşamağa başlamış və həyat yoldaşından boşanmışdı.
Bu ayrılıqdan sonra ata-qızın aralarında küsülülük yaranmışdı. Ötən günlərdə onların İstanbulun Nişantaşı səmtində birlikdə görüntülənməsi barışdıqlarını təsdiqləyib.