WOW
WOW

Dilan Polatın qızı Prezidentə səsləndi

Dilan Polatın qızı Prezidentə səsləndi

Həbsdə olan influenser Dilan Polatın qızı Nilda anasının instaqram hesabından paylaşımlar edib.

OLAY yazır ki, o, paylaşdığı videolarda valideynləri üçün çox darıxdığını və artıq buna dözə bilmədiyini deyib.

“Dedikləri kimi çirkli pul, mərc yoxdur. Niyə mənim anam və atam 4.5 aydır içəridədir? Qardaşım tez-tez ağlayır. Mənim də psixologiyam pozulub artıq. Deyəcək bir şey tapa bilmirəm. Dayana bilmirik artıq. Çox pisik. Xahiş edirəm, bu müddəti sürətləndirin. Bizi anasız, atasız qoydunuz günahları olmadığı halda. Demək istədiyim tək bir şey var. Mən anamı çox sevirəm. Onun üçün çox darıxıram. Bizi ayırmayın”, - deyə, Nilda bildirib.

Nilda paylaşımlarına Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan, onun xanımı və dövlət qurumlarını etiketləyərək onlardan kömək istəyib.

Qeyd edək ki, Dilan və həyat yoldaşı Engin Polat çirkli pulların yuyulmasında ittiham olunaraq həbs ediliblər.