Aktrisa Kəmalə Piriyeva “Cinemacard” (Cinemplus) kinoteatrlar şəbəkəsinə etiraz edib.

OLAY yazır ki, sənətçi “Səma ilə görüş” filmini yayımlamayan şəbəkəyə şərh yazıb.

Belə ki, kinoteatrın səhifəsində 8 Mart təbriki kimi onun və sözügedən ekran işində rol alan Turanə Hüseynlinin şəkli paylaşılıb. 

Piriyeva isə “Təşəkkürlər. Çəkildiyimiz filmi yayımlamağınız daha gözəl təbrik olardı”, - deyə, bildirib. 

Qeyd edək ki, filmin qalasında prodüseri Orxan Mərdan da sözügedən şəbəkəylə bağlı tənqidi çıxış etmişdi.

“Filmimizi yayımlamağınız daha gözəl təbrik olardı” “Filmimizi yayımlamağınız daha gözəl təbrik olardı”