WOW
WOW

Avroviziyaya getsə, bu mahnını oxuyacaqmış...

Avroviziyaya getsə, bu mahnını oxuyacaqmış...

Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

OLAY yazır ki, “Səs Azərbaycan” ilk sezonun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi 2 mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) adlanan nəğməni kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.

Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Sözlərin dərinliyi, insanlara, sevgiyə olan çağırışımız bizə bu mahnını bir başqa sevdirir və dinləyicilərin də bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm. Change Everything!”

Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə 2 mahnı ilə müraciət etmiş və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn 6 mahnıdan biri olmuşdur. “Change Everything” bu gündən etibarən bütün musiqi plaftormalarında və YouTube-da yayımlanıb.