WOW
WOW

“Kişilər günü yoxdur, olmamalıdır da!”

“Kişilər günü yoxdur, olmamalıdır da!”

Aparıcı Leyla Quliyevanın növbəti paylaşımı diqqət çəkib.

OLAY yazır ki, o, 8 Mart – Beynəlxalq Qadınlar Günündən yazıb və kişilər gününün olmamasına münasibət bildirib.

“Adətən, tanıdılmağa, diqqətə, qayğıya, himayəyə ehtiyacı olan həssas qrupların və ya fərdlərin, peşə sahiblərinin xüsusi “günü” olur. Ya da təsdiqinə ehtiyac duyulan mövzuların, insanların yaddaşına həkk edilməli olan hadisələrin “günü” təsis edilir. İstənilən halda diqqət çəkməkdir məqsəd. “Tanıyın!”, “bilin!”, “diqqət ayırın!”, “muğayat olun!” - ideya bu. Bu tərəfdən yanaşsaq, əcəba, niyə “Qadınlar günü” var, amma “Kişilər günü” yoxdur? “Beynəlxalq kişilər günü” adlı bayramı tapmaq istədim. İnternet bir neçə variant təklif etdi. Biri lap gülməli idi. Deməli, Cerome adlı bir müəllim Kişilər günü təsis edib, özü də noyabrın 19-u. Niyə məhz 19-u? Deyib ki, “atamın ad günüdür. Məncə o, bənzəmək üçün yaxşı misaldır”. Heç sözdür? Qısası, yoxdur belə beynəlxalq gün! Olmamalıdır da! Qadınlar günü bəs niyə var? Əzildik, hüquqlarımız tapdandı, zorakılığa məruz qaldıq, məcbur olduq hayqırdıq, diqqət istədik? Kimdən? Bərabərhüquqlu iki cinsdən birinin hüquqlarını KİM tapdadı? 2x2! Kim tapdayıbsa, indi o da dükan-dükan gəzib hədiyyə axtarır! Özü də elə bil biyara gedir - həvəssiz, məcburi! Vallah ehtiyac yoxdur. Əgər özlüyünüzdə qadının dəyərini, böyüklüyünü, fəlsəfəsini dərk etmirsinizsə, hədiyyə ilə düzələn deyil vəziyyət. Bacarırsınızsa, xoşbəxt edin, sevin, əlindən tutun bir yerdə addımlayın. Bir də görərsiniz ki, dünyada sizdən xoşbəxti yoxdur”, - deyə, aparıcı bildirib.