WOW
WOW

Sərvətini itinə miras qoyacaq

Sərvətini itinə miras qoyacaq

Türkiyəli müğənni Pınar Soykan mirasını itinə bağışlayacağını açıqlayıb.

OLAY yazır ki, ifaçı 5 milyon lirə dəyəri olan evi də daxil olmaqla sərvətini “Kızım” adlı itinə verəcək.

“Evimiz var. Niyə canımın olmasın? Evdə onun ayrıca otağı var. O da evin bir üzvüdür. Məncə, bunu edə bilərəm. Əgər mənə bir şey olsa, ona çox yaxşı baxılmasını istəyirəm. Evimi, başqa nəyim olsa qoyum, ona yaxşı baxsınlar”, - deyə, o, bildirib.

Qeyd edək ki, sənətçi iş adamı Orçun Soykan ilə evlidir. Pınar həm də onların övladı olmadığından bu addımı atdığını dilə gətrib.