Xalq artisti Flora Kərimova küsülülüklərinə son qoyduğu Xalq artisi Röya Ayxanla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi R. Ayxanla fotolarını paylaşaraq onu arzuladığı kimi gördüyünü yazıb.
“Röyam, səni arzuladığım kimi görmək bu gün mənə nəsib oldu. Sevgini qazanmaq asandır. Sevgiyə layiq olmaq əlçatmaz zirvədir. Layiqliyinlə sahibləndiyin zirvədəsən. Öpürəm səni!”, - deyə, Kərimova bildirib.