WOW
WOW

Rafael İskəndərovun anası onun riyaziyyat müəllimi imiş

Rafael İskəndərovun anası onun riyaziyyat müəllimi imiş

Əməkdar artist Rafael İskəndərov “Səma ilə görüş” filminin qala gecəsində anasını aktyor İlkin Həsəni ilə görüşdürüb.

OLAY yazır ki, onun anası məktəbdə Həsəninin riyaziyyat müəllimi olub. 

“İllər sonra anam məktəbdə riyaziyyatdan dərs dediyi şagirdi İlkinlə görüşdü”, - deyə, İskəndərov paylaşımında yazıb.

İlkin Həsəni Əməkdar artistin paylaşımına “Zariya mülliməm. Allah cansağlığı versin. 98-99-cu illərdə bu xanımın sayəsində bütün sinfimiz “Bala Başa Bəla” teletamaşasını əzbər bilirdi” şərhini yazıb.