Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Xalq artisti Emin Ağalarovun oğlu Mikayıl Ağalarov “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.
OLAY yazır ki, M. Ağalarov qardaşı Əli Ağalarovun və Qurbanovun da yer aldığı fotonu səhifəsində yerləşdirib və bunları yazıb:
“Qurban Qurbanova böyük sayğılar... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Azərbaycanda, Bakıda oynayırıq. İstəyirik ki, bu insan stadionda və ya televizor qarşısında olacaq hər kəsin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin yol keçib ki, bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilək. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Yenidən edək!”.