WOW
WOW

“Sənin üçün çox darıxan bacın Ruhiyyə...”

“Sənin üçün çox darıxan bacın Ruhiyyə...”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

OLAY yazır ki, iş xanımı Q. Paşayevanı bu sözlərlə yada salıb:

“Bizi Qənirəsiz qoyan Qənirə...Səni hər ilin bu günü təbrik edər, bağrıma basardım. Tovuzlu olmağınla fəxr edər, səninlə daim qürur duyardım. Adının olduğu hər yerdə vətən və millət sevgisi vardı. İndi sənsiz qalmışıq bacım. Özün üçün, səsin üçün, məsum gülüşlərin üçün çox darıxmışıq. Ömrünün elə bir gənc çağında vidalaşdın ki, bu dünya ilə. Bu vaxtsız gedişin qəlbimizə dağ çəkdi. Əminəm ki, səmalarda dolaşan ruhun səni sevənləri görür. Əsl sevgi heç bir zaman ölmür. Sənə olan sevgimiz daim var olacaq. Yoxluğunda ad günü təbrikini necə edəcəyimi düşündüm. Əminəm ki, ruhun sənə olan sevgimi hiss edəcək. Ad günün mübarək, mənim əziz bacım. Sən fiziki cəhətdən ana ola bilməsən də, bil ki, mənəvi cəhətdən çox böyük bir gəncliyin anasısan. Sənin yolun əsl vətən sevdalısı olan türk xanımının yoludur. Bu yol yüzlərlə gəncin gedəcəyi yoldur. Bu gün minlərlə sevənin səni təbrik edir. Sən bizim üçün həmişəyaşarsan, əziz Qənirəm. Məkanın daim cənnət olsun. Sənin üçün çox darıxan bacın Ruhiyyə...”.