WOW
WOW

“Şou-biznesə psixologiyam tab gətirmirdi”

“Şou-biznesə psixologiyam tab gətirmirdi”

Müğənni Mehin Hümbətova şou-biznesdəki rəqabətdən danışıb.

OLAY yazır ki, ifaçı rəqabətin sağlam olmadığını və buna psixologiyasının tam gətirə bilmədiyini deyib. Bu barədə o, “Xəbər-ətər” verilişində söz açıb.

“Hər insanın gücü üçün deyil, hər insanın psixologiyası tab gətirmir. Mənim həqiqətən də, psixologiyam tab gətirmirdi bu şou-biznes aləmində. Ona görə də bir müddət kənarlaşdım və kadr arxası qalmağı qərar verdim. Heydər Əliyev adına Sarayda rejissor kimi çalışdım bir neçə il. Daha sonra, aparıcı kimi bir neçə müddət çalışdım, indi də aparıcı kimi davam edirəm. Həqiqətən də, Azərbaycan şou-biznesində musiqiçilərin arasında baş çıxarmaq hər oğulun, hər qızın işi deyil. Biri var ki, rəqabət, sağlam rəqabət. Biri var ki… Sağlam rəqabət olsa idi, inkişaf da gedərdi. İnkişaf çox gec gedir, çünki rəqabət sağlam deyil. Hamı bir-birinin ayağından çəkməyə çalışır. Kimsə hansısa tədbirə gedirsə, bilirsə ki, ondan daha üstün ifaçı var orada, və yaxud da ona rəqib ola biləcək ifaçı var orada, deyir ki, “Filankəs oradadırsa, mən oraya gəlmək istəmirəm. Ya mən, ya o”. Çox savadsızcasına rəqabət gedir”, - deyə, o, bildirib.