WOW
WOW

Cici və Bredli Kuper eşqlərini açıqlayacaq

Cici və Bredli Kuper eşqlərini açıqlayacaq

Məşhur model Cici Hadidlə sevgilisi, aktyor Bredli Kuper eşq münasibətlərini cəmiyyətə açıqlamağı düşünürlər.

OLAY yazır ki, cütlük bunu 10 martda baş tutacaq Oskar mükafatlandırma gecəsində edəcək. Bu barədə “Page six” məlumat yayıb.

Belə ki, onlar qırmızı xalıda olmasa da, mərasimdən sonra keçiriləcək partidə bir araya gələcəklər.

Qeyd edək ki, Cici və Bredlinin münasibəti ötən ilin sonlarından başlayıb. Sevgililər bu ilin yanvar ayında səyahətə yollanarkən hava limanında və London küçələrində birlikdə görüntüləniblər.