WOW
WOW

Kəmalə qala libasını özü hazırladı

Kəmalə qala libasını özü hazırladı

Aktrisa və aparıcı Kəmalə Piriyeva “Səma ilə görüş” filminin bu gün baş tutan qalasına qeyri-adi libasda qatılıb.

OLAY yazır ki, sənətçi üzərində gümüşü rəngli aksesuarlar olan paltar geyinib. O, qaladan öncə geyimində son toxunuşlar etdiyi anları sosial media hesabında paylaşıb.

“Axşam qalaya geyinəcəyim paltarı özüm tikirəm”, - deyə, o, bildirib.

Qeyd edək ki, “Səma ilə görüş” filmində Rafael İskəndərov, Taleh Yüzbəyov, Kəmalə Piriyeva, İlkin Həsəni, Əlibəy Məmmədli və Turanə Hüseynli kimi simalar rol alır.