WOW
WOW

“Buz Uşağı” 4 mayda sevənlərinin qarşısında!

“Buz Uşağı” 4 mayda sevənlərinin qarşısında!

Reper Orxan Zeynallı 4 mayda yeni konsert verəcək.

OLAY yazır ki, sənətçi Bakı İdman Sarayında səhnəyə çıxacaq. Orxan deyib ki, bir günlük konsertində yeniliklər olacaq:

“Mahnılarımı səhnədə band və orkestr olmaqla toplam 25 musiqiçi ilə birgə ifa etmək həyatımda verdiyim ikinci ən çılğın qərardır. “Buz Uşağı” konserti hər xırda detalına kimi düşünülüb. Səhnə tərtibatı, işıq və musiqi cəhətdən sizə dünya səviyyəli performans söz veririk. Konsert bu dəfə fərqli məkanda və yalnız bir gün olacaq. Səhnədə bizimlə baş dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Opera Balet Teatrının Kamera orkestrı olacaq”.