WOW
WOW

Aila “Kişilər”ə gələn şərhlərə cavab verdi

Aila “Kişilər”ə gələn şərhlərə cavab verdi

Müğənni Aila Rai yeni “Kişilər” mahnısına görə yazılan şərhlərə cavab verib.

OLAY yazır ki, bu haqda ifaçı “Elgizlə izlə” verilişində açıqlama edib. O, tənqidlərə açıq olduğunu, amma heç kəsə onu təhqir etmə ixtiyarı vermədiyini deyib.

“Siz məni tənqid edə bilərsiniz. Mən tənqidlərə hər zaman açığam. Amma heç kəsin məni təhqir etməyə ixtiyarı yoxdur. Çünki mən heç kəsi o mahnıda təhqir etməmişəm. O şərhləri yazan insanlara bir sözüm var. Siz ancaq öz tərbiyənizi göstərirsiniz. Mən həyatı boyu sizə cavab vermərəm. Mənim ailə tərbiyəm var. O şərhi yazan insanlar, gəlib mənim üzümə deyə bilərsiniz? Deyə bilməzsiniz. Ona görə də birinci mahnının sözlərini düzgün dinləyin, sonra əgər bəyənməmisinizsə, tənqid edin, amma təhqir yox”, - deyə, o, bildirib.

Aila əlavə edib ki, sözügedən mahnını bir kişi yazıb. “Kişilər”in sözləri və musiqisi Dj Roshkaya məxsusdur.