WOW
WOW

“Nigar Camalın işi ilə bağlı araşdırma aparılır”- DİN

“Nigar Camalın işi ilə bağlı araşdırma aparılır”- DİN

Xəbər verdiyimiz kimi, müğənni Nigar Camalın adından TikTok sosial şəbəkəsində dələduzluq edilib.

OLAY yazır ki, bu barədə ifaçı özü instaqramda məlumat vermişdi. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama gəlib.

Bu barədə qafqazinfo-nun sorğusuna cavab verən DİN Mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Elşad adlı şəxs özünü Nigar Camalın meneceri kimi qələmə verərək ona yazanları müğənninin adından aldadıb, pul tələb edib və şəkillərini paylaşacağı barədə şantajəməlləri törədib.