WOW
WOW

Arzu Əliyevaya “Qarabağ”ın forması təqdim edildi

Arzu Əliyevaya “Qarabağ”ın forması təqdim edildi

“Qarabağ” futbol Klubundan bəhs edən “Qarabağ FK-30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimi baş tutub.

OLAY “Asan radio”ya istinadən yazır ki, Heydər Əliyev Mərkəzində təşkil edilən təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, ölkənin idman camiəsi, eləcə də mədəni-ictimai xadimləri iştirak edib. 

Film “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalıdır. Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur. 

2023-cü ildə lentə alınan film Azərbaycan futbolunun şöhrətini dünyaya tanıdan “Qarabağ” futbol klubuna həsr olunub.