Rihannanın milyarder Mukeş Ambaninin oğlunun toyunda səhnəyə çıxması müzakirə yaradıb.

OLAY yazır ki, dünyanın ən bahalı toyu olduğu bildirilən mərasimdə Riri 2023-cü il “Super Bowl” şousundan sonra ilk dəfə canlı performans göstərib.

Rihanna dünyanın ən bahalı toyundaBu konsert Hindistanın Camnagar şəhərində keçirilib. Anant Ambani və Radhika Tacirin toyunu qeyd etmək üçün üç günlük tədbirin ilk gecəsi idi. Bir sıra məlumatlara görə, qonaqlar siyahısında Bill Qeyts, Mark Zukerberq və Disneyin baş direktoru Bob Ayger də daxil olmaqla saysız-hesabsız nüfuzlu insanlar var.

Rihanna dünyanın ən bahalı toyunda3 günlük toy ərzində bölgədə yaşayan 50 mindən çox kəndliyə ziyafət veriləcək. Parti üçün 21 aşbaz tutulub. Martın 1-dən 3-dək baş tutacaq əsas şənliklərdə müxtəlif mövzular, tədbirlər və geyim qaydaları olacaq.

Rihanna dünyanın ən bahalı toyundaThe Daily Mail Ambani ailəsinin 2018-ci ildə Anantın bacısı İşanın toyu üçün 100 milyon dollardan çox pul xərclədiyini yazmışdı. O zaman toyda Beyons səhnə almışdı. İlkin məlumatlara görə, budəfəki toyda performans üçün Rihannaya 10 milyon dollar qonorar ödənib.

Rihanna dünyanın ən bahalı toyundaNövbəti gün qonaqlar 650 hektar ərazini əhatə edən və 2 mindən çox heyvanın yaşadığı heyvanların xilasetmə mərkəzinə baş çəkəcəklər. Qonaqlara səhrada gəzintiyə çıxa bilmələri üçün “rahat ayaqqabılar” geyinmələri tövsiyə edilib.

Rihanna dünyanın ən bahalı toyundaÜçüncü gün qonaqlara “Tusker Trails” üçün “təsadüfi qəşəng” bir şey geyinmələri, ehtimal ki, yerli ərazini araşdıracaqları bildirildi.

Final tədbiri “imza” mənasını verən “Haştakshar” olacaq və qonaqların “sherwani və sari” kimi ənənəvi geyimlər geyinməsi gözlənilir.

Rihanna dünyanın ən bahalı toyundaHindistanın “National News” nəşri bildirib ki, 1000 qonağın hamısı həftəsonu ərzində camaşırxana xidmətlərindən istifadə edə bilər.

Rihanna dünyanın ən bahalı toyundaMəlumat kitabçasında həmçinin bildirilir ki, bərbərlər, vizajistlər və sari parça istehsalçıları da kömək etmək üçün hazır olacaqlar.

Bələdçidə aşağıdakı ifadələr yer alır: “Biz istəyirik ki, siz hər andan tam həzz alın və ömür boyu davam edəcək gözəl xatirələr toplayasınız”.

“The Times of India”nın məlumatına görə, dəbdəbəli “Jardin Hotel”də çalışan aşpazlar Yapon, Meksika və Tayland mətbəxini əhatə edən 2500-dən çox yemək hazırlayıblar.

İnsayder bildirib ki, qonaqlar səhər yeməyi üçün 75, nahar və şam yeməyi üçün isə 225 və 275 variantdan birini seçə biləcəklər.

Rihanna dünyanın ən bahalı toyundaBundan əlavə, 12-dən 16:00-a qədər keçiriləcək ənənəvi gecə yeməyi üçün 85 yemək variantı təklif olunacaq. Üç gün ərzində menyuda heç bir maddənin təkrar olunmayacağı da iddia edilib.

Rihanna dünyanın ən bahalı toyundaQeyd edək ki, Anant, pərakəndə satış və maliyyə xidmətləri ilə yanaşı, telekommunikasiya, neft və qaz sahələrində payları olan “Reliance Industries”in sədri və idarəedici direktoru Mukeş Ambaninin ən kiçik övladıdır. Forbes onun sərvətinin təxminən 116 milyard dollar olduğunu təxmin edir.