WOW
WOW

Xalq artistinin qızı keçmiş baldızını təbrik etdi

Xalq artistinin qızı keçmiş baldızını təbrik etdi

Mərhum Xalq artisti Ramiz Novruzun qızı vizajist Şəfəq Novruz keçmiş baldızının doğum gününü təbrik edib.

OLAY yazır ki, bu haqda vizjist sosial media hesabında paylaşıb. O, həyat yoldaşından 25 il əvvəl ayrılsa da, baldızını çox sevdiyini dilə gətirib.

“Bu gün bizim gözəlimiz Mahirəmizin ad günüdür. Biz ona sürpriz etmişik. Xəbəri yoxdur. Mənim biricik baldızım, keçmiş baldızım. Keçmiş olsan da, çox sevirəm səni. Nə edirəm sənin qardaşını”, - deyə, o, bildirib.

Şəfəq paylaşımlarında keçmiş baldızının onların dərzisi olduğunu yazıb:

“Mahirə mənim keçmiş baldızımdır, Ayanın doğma bibisidir. Həm dərzimizdir, həm də evimizdə yeməklərimizi bişirir. Onu çox sevib dəyər veriririk. Gözəl insanlar və yaxşılıqlar unudulmur. Mahirə və ailəsi mən onların gəlini olanda mənə qarşı həmişə yaxşı olub, məni gəlin kimi yoz, öz balaları kimi görüblər. Sadəcə Allah şeytana lənət etsin. Qismətdir. Heç bir zaman unutmaram. Ona görə də mənim həmişə əzizlərim olaraq qalacaqlar. Baxmayaraq ki, qardaşı ilə yollarımız 25 ildən çoxdur ayrılıb”.