WOW
WOW

Ersoyun açıqlamaları onu çox qəzəbləndirdi

Ersoyun açıqlamaları onu çox qəzəbləndirdi

­­­­Türkiyəli müğənni Yılmaz Morgül həmkarı Bülent Ersoyun ünvanına sərt sözlər söyləyib.

OLAY yazır ki, Ersoyun mərhum sənətkar Zeki Müren haqqındakı açıqlamaları onu çox qəzəbləndirib. Bu haqda Morgül qatıldığı tədbirlərdən birində jurnalistlərə müsahibəsində danışıb.

“Ölən adamın arxasınca dua etməkdən başqa heç nə edilməz. Özünə sənətçi adını yaraşdıran biri, durub türk xalqının ən çox sevdiyi musiqi ulduzunun arxasınca özəl həyatı ilə bağlı danışa bilməz. Musiqilərini özü bəstələməyib deyərək onu oğurluqla günahlandıra bilməz. Ona bir şey deyirəm. Əsla qarşıma çıxma”, - deyə, o, bildirib.