WOW
WOW

Nərmin klipinə təqdimat keçirdi

Nərmin klipinə təqdimat keçirdi

Müğənni Nərmin Kərimbəyova “Qaralama sevgi” adlı mahnısına çəkilən klipin təqdimatını keçirib. 

OLAY-ın məlumatına görə, tədbir paytaxtın məşhur restoranlarından birində baş tutub. Gecədə Nərmini yaxınları, sənət dostları və media nümayəndələri tək qoymayıb. Əvvəlcə Kərimbəyovanın həyat və yaradıcılığından bəhs olunub.

Ardınca klip nümayiş etdirilib. Bildirilib ki, ekran işi Gürcüstanda Nisa Cəfərova tərəfindən lentə alınıb. Mahnının sözləri və musiqisi Bahar Qəhrəmanlıya, aranjimanı Kamal Kray Heavenə məxsusdur.

Layihə Nərminin yutub kanalında və digər platformalarda yayımlanıb.

Video: Soltan İbrahimov