WOW
WOW

Zeynəbdən səhhəti ilə bağlı yayılan xəbərlərə reaksiya

Zeynəbdən səhhəti ilə bağlı yayılan xəbərlərə reaksiya

Müğənni Zeynəb Həsəninin səhhəti yenidən pisləşdiyi iddia olunub.

OLAY yazır ki, bu barədə  Zaur Nəbioğlu aparıcısı olduğu “Rəngarəng səhər” proqramında məlumat verib.

Zaur iddia edib ki, Zeynəbin verdiyi analizin cavabları yaxşı çıxmayıb və bu səbəbdən müğənni yenidən Türkiyəyə yollanıb. 

Lakin Həsəni özü instaqramda video paylaşaraq qeyd edib ki, çox yaxşıdır:

“Yuxudan yeni oyanmışam. Əsəbiləşmişəm, Mən yaxşıyam. Çox sağ olun ki, məndən dualarınızı əsirgəmədiniz. Efirlərdən xahiş edirəm ki, mənim səhhətimlə bağlı nə mənə, nə də başqasına sual verməyin. Səhhətimlə bağlı hər şey əladır. Mən maraqlıyamsa, mahnılarımla bağlı suallar verə bilrəsiniz.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.