WOW
WOW

Natiq Şirinovun toy qiymətləri dodaq uçuqlatdı

Natiq Şirinovun toy qiymətləri dodaq uçuqlatdı

Xalq artisti Natiq Şirinovun toy qiymətləri diqqət çəkib.

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında paylaşıb. Qiymətlər 1500 və 45 min manat arasında dəyişir.

Toyun açılışını N.Şirinovun etməyini istəyirsinizsə, rəqqasların və nağaraçıların sayından asılı olaraq məbləğ 6 min və 10 min manat arasındadır.

Gəlin götürdü, açılış, aş gətirmə və yallının olduğu standart paketin dəyəri 25 min manatdır. Əlavə olaraq, “Natiq Ritm qrupu”nun şou proqramlarından “Sarı gəlin” 13 min, “Qarabağ” 15 min, “Qavaldaş” 17 min, Xalq artisti Alim Qasımovun da yer aldığı “Şuşa” kompozisiyası isə 30 min manatdır.

Bundan başqa, A. Qasımovun olduğu, gəlin götürdü, açılış, aş gətirmə və yallının daxil olduğu premium paket var ki, qiyməti 45 min manatdır.

Qeyd edək ki, 2 xalq artisti qudadır, Natiq Şirinovun oğlu Ümidlə Alim Qasımovun nəvəsi Fatimə 2022-ci ildə ailə həyatı qurub. Fatimə həm də Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.