Avroviziya təmsilçimiz Səmra Rəhimlinin instaqram hesabı oğurlanıb.
OLAY yazır ki, onun 143 min izləyicisi olan səhifəsi naməlum şəxslər tərəfindən ələ keçirilib. Rəhimlinin bütün postları silinib, profil fotosu dəyişdirilib.
Onun hekayə bölməsində “Səmra Rəhimli, xoş gəldin” sözləri yazılıb.