Müğənni Samir Piriyev xanımı Anara Piriyevaya maşın bağışlayıb.
OLAY yazır ki, bu barədə o, “Rəngarəng səhər” verilişində danışıb. Samir deyib ki, xanımı ondan illərdir maşın hədiyyəsi istəyirmiş:
“Maşın almışam. Alanda çəkməyə gəlirdi, dedim, lazım deyil. İllərdir xahş edirdi. Deyirdim, hələ darıxma, öyrənəndən sonra alaram. Biz 2011-də ailə qurmuşuq. Düz, 13 il sonra maşın almışam. Özü də bir motordur, ekonomikdir. 40 manatlıq benzin vur, 2 min kilometr sür”.
Qeyd edək ki, cütlüyün 3 övladı var.