WOW
WOW

Mehriban Xanlarova yeni stildə

Mehriban Xanlarova yeni stildə

Stilist Anar Ağakişiyevin “Dəyişən cavab” layihəsinin növbəti qonağı Əməkdar artist Mehriban Xanlarova olub.

OLAY yazır ki, Anar hələ yayımlanmamış bölümün çəkilişindən videonu instaqramda paylaşıb. 

O, Xanlarovanın saçını tamam fərqli tərzdə kəsərək onu dəyişib. Ağakişiyev həmçinin aktrisanın geyim tərzində də dəyişiklik edib. Bununla bağlı M. Xanlarova özü instaqramında yazıb:

“38 ildən sonra saç stilimdə dəyişiklik elədim. 1986-cı ildə “Bircəciyim” filmində canlandırdığım “sarıköynək” oldum. Bu dəyişiklik üçün başda əziz dostum Anar Ağakişiyev olmaqla, onun bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm. “Xəzər” TV kanalında yayımlanan “Dəyişən Cavab” verilişini izləməyi unutmayın”.