Müğənni Zamiq Hüseynov toy qiyməti ilə bağlı suala diqqət çəkən cavab verib.
OLAY yazır ki, “Zarafat bir yana” verilişində tamaşaçılardan biri “Siz ansambl ilə toya 10 min manata gedirsiniz. 2 min manata toyu başdan axıra kimi idarə edən müğənninin etmədiyi nəyi edirsiniz ki, sizin qiymətiniz 10 min manatdır” sualını sənətçiyə ünvanlayıb.
“Siz mən idarə edən toyda olmamısınız, ona görə bilmirsiniz. Gərək mən idarə edən toyda olasınız ki, fərqi görə biləsiniz. Mən özümü necə tərifləyim. 2 minlə 10 minin fərqi varsa, gərək tərifləyək ki, o tərif gəlsin 10 minə çatsın. Siz bizim bir toyumuzda iştirak edin və ondan sonra deyəcəksiniz ki, Zamiq, sizin üçün 10 min azdır. Ən azı deyəcəksiniz ki, 40-50 min. Verilən o məhsulu, keyfiyyəti görəndən sonra deyəcəksiniz ki, 10 min azdır. 7 min mənim kollektivimin qiymətidir”, - deyə, o, bildirib.