WOW
WOW

“Azərbaycan dilimizi məhv etməyin”

“Azərbaycan dilimizi məhv etməyin”

Avroviziya təmsilçimiz Səmra Rəhimli nitqdəki qüsurlarla bağlı paylaşım edib.

OLAY yazır ki, Səmra bununla bağlı instaqramda “story” paylaşıb. O, ana dilində düzgün danışa bilməyənlərə irad bildirib:

““K” hərfini “ç” kimi tələffüz edən “Ş” hərfini “Şi” kimi, yəni çox yumşaq tələffüz edən insanlar Azərbaycan dilini harada öyrəniblər? Mən məktəbdə oxuyanda heç bir müəllim belə ləhcə ilə danışmırdı. Xarici görünüşə, geyimə, əməliyyatlara bu qədər vaxt və vəsait xərcləyincə, bir az danışığımızı da düzəltsək yaxşı olar. Bütün xarizmanızı məhv edir, bütün yuxarıda sadalıqlarımı havaya etmiş olursunuz. Gənclərin belə danışıq tərzini eşidəndə isə daha da çox məyus oluram. Gözəl Azərbaycan dilimizi məhv etməyin. Hələ efirə çıxan insanlar heç bunu etməsinlər. 

Axı TV danışıq tərzi, düzgün nitq ilə seçilməli olan bir sahədir. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm, bizə orada bu sahənin insanlarının mütləq düzgün danışıq qabiliyəti olmalıdır öyrədiblər. Biz bunun üçün dərslər alırdıq, hətta hər hərfi mahnı və ya danışıq vaxtı, düzgün tələffüz etməyimiz üçün müxtəlif məşqlər edirdik. İncəsənət və mədəniyyət nümayəndəsisənsə, düzgün danışıq tərzinin olmağı mütləqdir”.