WOW
WOW

“Tahir İmanovu sevmirəm!”

“Tahir İmanovu sevmirəm!”

Aparıcı Elgiz Əkbər Əməkdar artist Tahir İmanovla bağlı maraqlı açıqlama verib.

OLAY yazır ki, aparıcı “Elgizlə izlə” verilişində aktyoru sevmədiyini söyləyib:

“Cabir ürəkdir. Çox qabiliyyətli, tərbiyəli, istedadlı insandır. Amma Tahirlə aram yoxdur, sevmirəm, nəsə xoşum gəlmir. Ola bilər ki, onun da məndən lap əzəldən zəhləsi gedir. Mən demədim pis adamdır. Tahir bəy haqda hansısa pis nəsə dedim? Sadəcə sevmirəm onu.  Lakin Cabiri çox istəyirəm. Dilə gətirib deyirəm. Bunun da səbəbi var. Yenidən o söhbətləri qarışdırmaq istəmirəm. O  da bizim vətənimizin oğludur, istedadlıdır. Parodiya məsələsində qəlbimə dəydi. Sonra biz bir tanışımızın yas mərasimində görüşdük. Bir masada əyləşdik. Qısa söhbətimiz oldu. O da istedadlıdır, mədəniyyətimizi yüksək səviyyədə təbliğ ediblər. Amma Cabiri insan kimi çox istəyirəm. Həmişə onun tamaşaçısı olmuşam”.