Dünyaca məşhur aktrisa Ancelina Coli sarışın olub.
OLAY yazır ki, aktrisa saçlarını sarı rəng tonlarında boyadıb. O, yeni saç stilində Nyu-Yorkda mağazaların birindən çıxarkən görüntülənib.
Qeyd edək ki, məşhuru ilk dəfə bu rəngdə görmürük. Ancelina 1999-cu ildə “Girl, İnterrupted” filmi üçün saçlarını boyadıb. 2021-ci ildə isə “Eternal” filmi üçün boyamasa da, sarı parikdən istifadə edib.