WOW
WOW

Ağladığı anları paylaşdı

Ağladığı anları paylaşdı

İnfluenser Nigar Fərzəliyeva (nigarfarzali) növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, influenser ağladığı anları Tiktok hesabında izləyiciləriylə bölüşüb. 

Onun göz yaşlarıyla yanaşı videoda söylənən ifadələr də maraq doğurub.

“1 ildir həyatımın ən pis ilini yaşayıram və həqiqətən, xoşbəxt görünməkdən, bir şeyləri daşıya bilməkdən çox yoruldum. Yəni haqq etmədiyiniz şeylər yaşayırsınız. İnsanlar sizi qırır, sonra daha çox incidir. Çünki sizin hər şeyə dözəcəyinizi, dayana biləcəyinizi düşünür”, - deyə, videoda deyilir. 

Bu ifadələrin fonunda isə Cem Adriandan “Kül” mahnısı səslənib.

Qeyd edək ki, Nigar ötən aylarda həyat yoldaşından ayrılıb.