WOW
WOW

Simge Bakı konsertinə hazırlaşır

Simge Bakı konsertinə hazırlaşır

Türkiyənin məşhur pop ulduzu Simge Sağın Bakıya gəlir. Müğənni ilk dəfədir ölkəmizdə geniş konsert proqramı ilə çıxış edəcək.

OLAY yazır ki, bu barədə sənətçi TV8-də yayımlanan “Gəl, konuşalım” verilişində məlumat verib. Simge dinləyicilərinin yolunu səbirsizliklə gözlədiyini vurğulayıb.

Konsert “VenüsProduction”nın təşkilatçılığı ilə fevralın 24-də Bakı Konqres Mərkəzində baş tutacaq. Müğənni gecədə ən xit mahnılarını pərəstişkarları üçün səsləndirəcək.

Qeyd edək ki, konsertin biletlərini “iticket.az” saytından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.