Məşqçi Kamil Zeynallının anası xalqa canlı efirdən müraciət edib.
OLAY yazır ki, məşqçinin anası “Rəngarəng səhər” verilişində canlı bağlantı zamanı kövrələrək oğlunun saxlanmasından danışıb:
“Xəbəri sosial şəbəkədən gördüm. Hamı atıb ki, baxın, görün nə olub? İnana bilmədim, çünki mənimlə danışmışdı. Deyirdi ki, hava limanına gedirəm. Düşündüm ki, yəqin təyyarəyə nəsə olub. Kamili tək qoymayacaqlar, xalq onun arxasındadır. Qızı da tez-tez mənə zəng vurur, deyir, narahat olma. Elə bilir ki, sənədlərində problem var, ona görə qalıb”.