WOW
WOW

Ermənistan Baş Prokurorluğundan Kamillə bağlı açıqlama

Ermənistan Baş Prokurorluğundan Kamillə bağlı açıqlama

Ermənistanın Baş Prokurorluğu məşqçi Kamil Zeynallının Rusiyada hava limanında saxlanılması ilə bağlı məlumat yayıb.

OLAY yazır ki, bu haqda “Sputnik Ermənistan” xəbər yerləşdirib. Bildirilib ki, ölkənin sorğusu əsasında Kamilin saxlanılması barədə rəsmi məlumata sahib deyil.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.