WOW
WOW

“O demək deyil ki, dərhal İrəvana göndərəcəklər”

“O demək deyil ki, dərhal İrəvana göndərəcəklər”

“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.

OLAY yazır ki, bunu “Gununsesi.info”ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq: “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yollamışam. Hazırda onun yanındadır. Səfirlik üzərinə düşən hər şeyi edir”.

***

Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamillə təmasda olduqlarını qeyd edib: ““Domodedovo” hava limanında Kamil Zeynallının saxlanılması bizə məlum olan kimi, Azərbaycanın Rusiyadakı Səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar, həmçinin vəkilimiz Kamillə artıq görüşüb və onunla daim təmasdadırlar”.

Onun sözlərinə görə, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb:  

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”.