WOW
WOW

“Deyirlər, səni Ermənistana təhvil verəcəyik”

“Deyirlər, səni Ermənistana təhvil verəcəyik”

Tanınmış məşqçi Kamil Zeynallı Rusiyada saxlanılıb.

OLAY yazır ki, bununla bağlı o, instaqramda məlumat yayıb.

Kamil deyib ki, hava limanında tutularaq bölməyə aparılıb:

“Ermənistan məni Beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar”.