WOW
WOW

Azərbaycanlı sənətçi İtalya tamaşasında

Azərbaycanlı sənətçi İtalya tamaşasında

Əməkdar artist Afaq Abbasova İtaliyada tamaşada çıxış edib.

OLAY yazır ki, sənətçi Lukka şəhərində görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Madama Butterfly” operasında çıxış edib. Abbasova “Madama Butterfly” rolunu ifa edib.

“Madama Butterfly” rolunu ifa etmək mənim üçün həm şərəfli, həm də məsuliyyətli idi. Tamaşa və mənim ifam böyük alqışlarla qarşılandığı üçün çox sevincliyəm. “Madama Butterfly” operası ilə maestronun vətənində debüt etmək ayrı bir zövq idi. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə, Əməkdar artist təəssüratlarını dilə gətirib.