WOW
WOW

Tom Kruzun rus sevgilisi

Tom Kruzun rus sevgilisi

Dünyaca məşhur aktyor Tom Kruz rusiyalı, 36 yaşlı Elsina Kayrova ilə eşq yaşayır.

OLAY yazır ki, bu haqda “Page six” məlumat yayıb. 61 yaşlı aktyor sevgilisinin övladları ilə tanış olduqdan sonra, öz övladlarını da Kayrova ilə tanış edib.

Cütlüyün münasibətləri irəliləyib, belə ki, onlar Elsinanın Londondakı evində olan gizli görüşlərini axşam yeməkləri, romantik gəzintilərlə əvəzləyiblər. İkilinin eşqlərini gizli saxlamaq istədiklərindən, birgə foto çəkdirmədikləri deyilir.

Qeyd edək ki, Tom Kruz daha öncə aktrisalar Mimi Rogers, Nikol Kidman və Keti Holmsla evli olub, onun 3 övladı var. Elsinanın isə rus oliqarx Dmitri Tsvetkovdan 2 övladı var. Onların 3 il öncə qalmaqallı ayrılığı yaşanıb.