Rusiyada populyarlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) ötən həftələrdə Şəmkirdə ferma tikdirdiyini sosial media hesabında paylaşmışdı.
OLAY yazır ki, müğənni fermanın rayon icra hakimiyyəti tərəfindən söküldüyünü açıqlayıb.
“Şəmkir icra hakimiyyəti işçiləri bizim balaca kəndimizi sökməyə gəlib. Kömək edən, etməyən hər kəsə təşəkkürlər. Burada balıqların üzməsi, heyvanların su içə bilməsi üçün göl tikdirirdim. Heç su tökməyə belə vaxtım olmadı. Dubaydan, Taylanddan sonra kəndə gəldim. Dünyada baş verənləri düşünməmək üçün, təbiətə və heyvanlara yaxın olmaq üçün ferma tikdirdim. Nənəmə aid torpaq sahəsində tikintiyə başladım. Bildirdilər ki, bu sahə əkin işləri üçün nəzərdə tutulub. Mən də bunu etdiyimi desəm də, sökməyə başladılar. Sanki mən şəhərin mərkəzində biznes mərkəzi tikirəm. Enerjimi yeni bir işə sərf etmək istəyirdim. Əsəbiləşdim, kimə və necə müraciət edəcəyimi bilmirəm və etməyəcəm. Ümid edirəm ki, hökumətdən kimsə görüb mənə yardım edəcək".